Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar
İdman
28 İyun 2017 0:36

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar


Bakı. 28 iyun. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərində start götürən gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 3 medal qazanıblar. 
"Report"un məlumatına görə, medallardan biri qızıl, biri gümüş, biri isə bürünc əyarlı olub. 
Fəxri kürsünün ən yüksək pilləsinə 60 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə qalxıb. O, Ermənistan, Rusiya və Moldovadan olan rəqiblərini üstələdikdən sonra həlledici görüşdə ukraynalı Andrey Yatsenko ilə qarşılaşıb. Rəhimzadə 8:7 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. 
50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Muxammadxon Muxammadxona 1:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 
Nəhayət, 96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı pəhləvana uduzub. Lakin rəqibinin finaladək irəliləməsi səbəbindən Qazıməhəmmədov təsəlliverici görüşlərə qatılıb. O, ardıcıl olaraq, yunanıstanlı və türkiyəli rəqiblərini üstələyərək, bürünc medalçı olub. 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09