Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"
Digər
28 İyun 2017 0:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"


“Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk”. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,  bunu Varşavada keçirilmiş Azərbaycan-Polşa biznes forumunda Polşa prezidenti Andjey Duda bildirib.

 

Andjey Duda prezident İlham Əliyevin iştirakı ilə mühüm sənədlərin imzalandığını xatırladaraq,  bunun sayəsində ticarət münasibətlərin daha da intensiv olacağına əmin olduğunu qeyd edib:  “2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb. Bunun əsasında hökumətlərarası komissiya yaradılıb. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçirib. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında bu gün imzalanmış Birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik”.

 

A.Duda Azərbaycan ilə Polşa arasında əməkdaşlığın çox geniş perspektivlərinin olduğunu qeyd edib: “Çünki bizim ölkələrimiz tarixi İpək Yolunun bərpasında xüsusi rol oynaya bilər. Azərbaycan mühüm daşımalar marşrutlarında, Asiya ilə Avropanın kəsişməsində yerləşir. Bu baxımdan hesab edirik ki, biz məhz Cənub və Qərb, o cümlədən Qərb-Şərq arasında saziş imzalamışıq. Həmçinin İranın da bu daşımalar marşrutuna qoşulmasını nəzərdə tuturuq. İstəyirik ki, digər tərəfdaşlar da bu işə qoşulsunlar və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilsin. Biz dəmir yolunun məhz Cənub-Şərq hissəsinin şəbəkəmizə qoşulmasını təmin etmək istəyirik. Bu, bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcək. Eyni zamanda, məhz bizim şəbəkələr Avropa İttifaqının bazarına böyük çıxışı təmin edir. Polşanın iqtisadi diplomatiyası məhz yeni ticari tərəfdaşların tapılmasına və yeni ticari münasibətlərin qurulmasına yönəlib. Bu baxımdan Azərbaycan sərmayədarları bizim üçün vacibdir. Azərbaycanın daxili bazarında da olmağımız bizim üçün əhəmiyyətlidir. Biz hesab edirik ki, bu baxımdan hər iki tərəf yalnız qazana bilər və bu, hər iki tərəfə qarşılıqlı surətdə hər hansı bir fayda gətirə bilər. Bu işdə avadanlıqlar, xidmətlər, neft və qaz emalı prosesləri, dəmir yolları xətlərinin təkmilləşdirilməsi, Polşa texnologiyalarının, mövcud mühəndis həll variantlarının tətbiq edilməsi də öz rolunu oynaya bilər. Polşada istehsal edilən avtobuslar, ictimai nəqliyyat vasitələri Stokholmda və digər Avropa paytaxtlarında artıq istifadə olunur. Bizim, həmçinin dəmir yolu sahəsində texnologiyalarımız var. Biz, həmçinin informasiya texnologiyaları, kənd təsərrüfatı, yeyinti məhsulları sahələrində də fəal işləyirik. O cümlədən logistika sahəsində də imkanlarımız kifayət qədər genişdir. Əczaçılıq və kosmetika sənayesi də geniş şəkildə inkişaf edib”.

 

“Bizim ticari münasibətlərimizdə digər bir məqam ondan ibarətdir ki, hələ istifadə olunmayan potensialımız var. 2016-cı ildə təxminən 100 milyon ABŞ dolları həcmində ticarət dövriyyəmiz olub. Ümid edirəm ki, cənab Prezident İlham Əliyevin ölkəmizə səfəri sayəsində ticari mübadilələr daha da artacaq. Söhbət əsnasında və bu gün apardığımız danışıqlar zamanı biz iqtisadi münasibətlərimizə xüsusi toxunduq. Biz bu fikrə gəldik ki, iqtisadiyyatlarımızı bir-birimizə daha açıq etməliyik və beynəlxalq səviyyədə birgə mövqedən çıxış etməliyik. Zənnimcə, biz son on il ərzində digər xarici tərəfdaşlarımızla öz ticarət dövriyyəmizi necə artırmışıqsa, eyni zamanda, Sizin ölkənizlə də bu səviyyəni artırmalıyıq. Onu da qeyd edim ki, qlobal reytinq təşkilatları bu gün Polşanı məhz Avropada üç ən cəlbedici sərmayə mərkəzlərindən biri hesab edir. Buna görə də istərdim ki, Azərbaycan şirkətləri ölkəmizə gəlsin və sərmayələr yatırsınlar. Biz Avropa İttifaqının altıncı ən böyük iqtisadiyyatıyıq”, - deyə Andjey Duda bildirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08