Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır
Dünya
28 İyun 2017 2:01

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır


Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyə Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara və hətta Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, eyni zamanda Türkiyənin strateji tərəfdaşı olan ölkələrin kürdlərin "Demokratik ittifaq partiyası" və "Xalq özünümüdafiə dəstələri" terrorçuları ilə əlbir fəaliyyət göstərmələrindən təəssüfləndiyini bildirib.
Amerikanın kürdlərə silah tədarük etməsi Türkiyə liderində xüsusi narazılıq doğurub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR