Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"
Ölkə
28 İyun 2017 2:21

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"


Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür
Bakı. 28 iyun. REPORT.AZ/ "Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir. Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür".
"Report" xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda Varşavada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə deyib.
"Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük. Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik", - deyə Polşa lideri bildirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR