Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi
Digər
28 İyun 2017 3:52

Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi


Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Nikolay Pankovu Rusiya-Ermənistan qoşunlarının birləşdirilmiş qrupuna dair sazişin ratifikasiyası məsələsinin  parlamentdə müzakirəsi prosesində prezidentin nümayəndəsi vəzifəsinə təyin edib. Bu barədə APA Rusiya mətbuatına istinadən məlumat verir.  

 

Qeyd edək ki, Vladimir Putin 2016-cı ilin noyabrında müvafiq razılaşmanı təsdiqləyib. Yaradılan qurumun silahlı hücuma, tərəflərin təhlükəsizliyinə mümkün təhdidlərə adekvat reaksiya verəcəyi nəzərdə tutulur.

 

Qrup komandanı Rusiyanın ali baş komandanı ilə razılaşdırıldıqdan sonra Ermənistanın ali baş komandanı tərəfindən təyin edilir.

 

Sülh şəraitində Qrup komandanı Ermənistanın Baş Qərargahına tabe olur, müharibə dövründə isə tərəflərin razılığı ilə Rusiya Cənub Hərbi Dairəsi komandanının tabeçiliyinə keçə bilər.   

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR