Buxarestdə Azərbaycan-Rumıniya diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunub
Ölkə
28 İyun 2017 6:36

Buxarestdə Azərbaycan-Rumıniya diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunub


Buxarest. 27 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərindəki "Diplomatik Klub”da Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə 28 May – Respublika Günü və Azərbaycan-Rumıniya diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə rəsmi qəbul keçirilib.
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov iki ölkənin son illər keçdiyi inkişaf yoluna nəzər salıb.
Diplomat vurğulayıb ki, SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz Rumıniya olub.
"Son 25 ildə hər iki dövlət həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mühüm və çoxşaxəli əlaqələrə nail olub”, - deyə səfir bildirib və əlavə edib ki, bu müddət ərzində iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
F.Abdinbəyov qeyd edib ki, Rumıniyanın MDB dövlətləri arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyyannamə imzaladığı yeganə dövlət məhz Azərbaycandır.
Tədbirdə Rumıniya tərəfindən ali qonaq qismində xarici işlər nazirinin müavini Aleksandru Viktor Mikula iştirak edib. Nazir müavini bildirib ki, hazırda iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. A. Mikula Azərbaycanın Avropanın enerji sahəsində oynadığı rolunun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, hər iki ölkənin üstünlüyü yerləşdiyi ərazidə Avropa və Asiyanı birləşdirməsidir. Aleksandru Mikula, həmçinin SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə də toxunub. O bildirib ki, Rumıniyanın enerji bazarına fəal daxil olan şirkət ilbəil yanacaqdoldurma şəbəkəsini genişləndirir.
Rəsmi qəbulada Rumıniya Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, Rumıniya Parlamentində Rumıniya-Azərbaycan dostluq qrupunun sədri və üzvləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkətinin rəhbərliyi və əməkdaşları, türk və tatar icmalarının nümayəndələri, bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılar iştirak edib.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05