Polis ölkə hakimiyyətinə qarşı üsyan elan etdi – VİDEO/FOTO
Dünya
28 İyun 2017 7:03

Polis ölkə hakimiyyətinə qarşı üsyan elan etdi – VİDEO/FOTO


Venesuela polisinin elmi, cinayət və kriminalistika araşdırmaları korpusuna (CICPC) aid olan vertolyot çərşənbə axşamı itaətsizlik çağırışı ilə paytaxt Karakasa uçaraq Ali Məhkəmənin binasına hücüm edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Venesuelanın rabitə və informasiya naziri Ernesto Vileqas bildirib.

“Bir insan respublikaya qarşı silah qaldırıb. O, vertolyotu oğurlayıb və Ali Məhkəməyə hücüm edib”, - Vileqas deyib.

Vertolyotun şəkli sosial şəbəkələrində yerləşdirilib. Vertolyotdan “350. Azadlıq” yazılmış parça asılmışdı. Konstitusiyanın 350-ci maddəsində demokratik dəyərlər, prinsiplər, zəmanətlər və insan hüquqlarının müdafiəsi əksini tapıb.

İnformasiyanı prezident Nikolas Maduro da təsdiq edib.

“Pilotlardan biri daha əvvəllər Daxili İşlər Nazirliyinin başçısı olmuş pilot Migelya Rodriqes Torresdir. O, Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədədir. Ümid edirəm ki, müxalifət bu hücumu ittiham edəcək”, - prezident bildirib.

Maduronun məlumatına görə, vertolyotdan iki qumbara atılib və biri partlamayıb.

“Bu hərəkət yüzlərlə yaralıya gətirib çıxara bilərdi”, – o deyib.

KİV vertolyotun pilotunun CICPCI-nin zabiti Oskar Peres olduğunu yazıb. Sosial şəbəkədə isə hücumdan əvvəl yazılmış videomüraciət çıxıb.

“Qardaşlar biz sizə dövlət adından müraciət edirik. Biz ədalət axtarışında və cinayətkar hökumətə qarşı hərbiçilər, polis və mülki qulluqçuların koalisiyasıyıq”, - müraciətin müəllifi deyib.

Pilotun taleyi haqqında hələ məlumat yoxdur. Məlumdur ki, o vertolyotu hücumdan sonra binalardan birinin damına endirib.

Qeyd edək ki, Venesuela Ali Məhkəməsi aprel ayında müxalifətin üstünlük təşkil etdiyi parlamentin səlahiyyətlərini ciddi məhdudlaşdırıb. Müxalifət bunu Konstitusiyanı dəyişdirmək cəhdi hesab edərək Ali Məhkəmə üzvlərinin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıblar. Son məlumatlara görə, qarşıdurmalar nəticəsində 75 nəfər həlak olub.

Ömər




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08