Prezident müxalifəti silahla hədələdi, küçələrə "Draqon"lar çıxarıldı
Dünya
28 İyun 2017 7:23

Prezident müxalifəti silahla hədələdi, küçələrə "Draqon"lar çıxarıldı


Venesuela parlamentinin müxalifətçi deputatları parlament binasında bloklanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Venesuela müxalifətinin lideri, Miranda ştatının qubernatoru Enrike Kapriles bildirib.

O, hadisəyə görə məsuliyyəti prezident Nikolas Madorunun üzərinə qoyub. Bir müddət sonra parlamentin mühasirəsi ləğv olunub.

Daha əvvəl yayılan xəbərə görə, parlamentin üç deputatı və bir neçə jurnalist Milli Qvardiyanın əməkdaşları tərəfindən döyülüb. Parlament binasının isə prezidentin tərəfdarlarının hücumlarına məruz qaldığı bildirilir.

Prezident isə öz siyasi kursunun müdafiəsi üçün silah əl atmaqla hədələyib.

Dövlət başçısı bu halda müxalifət liderlərindən biri olan parlamentin spikeri Xulio Borxesə müraciət edərək onu tərəfdarlarını tərksilah etməyə çağırıb.

“Cənab Xulio Borxes, zorakılığın dayandırılması üçün sizi silahlı qruplarınızı tərksilah etməyə çağırıram”, - Maduro deyib.

Ölkə lideri həmçinin hesab edib ki, ABŞ prezidenti Donald Tramp müxalifətə təsir etməklə Venesuelada zorakılığın dayandırılmasına kömək edə bilərdi. O, müxalifətlə danışıqlara hazır olduğunu bildirib.

“Əgər siz sülh haqqında danışmaq istəyirsinizsə, prezident Nikolas Maduro hazırdır. Bizdə belə təcrübə var”, - o qeyd edib.

Venesuela prezidenti Ali Məhkəmə binasına vertolyotun hücumunu terrorçuların hücumu adlandırıb.

Son məlumatlara görə, zirehli texnika paytaxt Karakasda prezident sarayının yerləşdiyi ərazidə cəmləşir. Həmçinin, paytaxtın küçələrinə hərbi texnika çıxarılıb. Xüsusi halda, küçələrdə "Draqon-300" zirehli avtomobilləri qeydə alınıb.

Ömər



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08