Ərdoğan: "Türkiyə daha bir hərbi əməliyyat keçirməyə hazırdır"
Dünya
28 İyun 2017 7:44

Ərdoğan: "Türkiyə daha bir hərbi əməliyyat keçirməyə hazırdır"


Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "İzvestiya" qəzetinə deyib.

"Hazırda Suriyada neqativ proseslər gedir. Əgər bu bizim sərhədlərimizə təhlükənin yaranmasına gətirib çıxararsa, biz "Fərat qalxanı" əməliyyatındakı kimi reaksiya verəcəyik", - Ərdoğan deyib.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı İŞİD terror qruplaşmasına qarşı ötən ilin avqust ayında başlayıb. Mart ayının sonunda Türkiyənin baş naziri Binəli Yıldırım əməliyyatın uğurla başa çatdığını bəyan edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08