Türkiyənin şərqində 11 PKK terrorçusu məhv edilib
Dünya
28 İyun 2017 7:44

Türkiyənin şərqində 11 PKK terrorçusu məhv edilib


Türkiyənin Bingöl əyalətinin Genç rayonunda xüsusi əməliyyat çərçivəsində 11 PKK terrorçusu məhv edilib.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı terrorçulara məxsus silah və sursat tapılıb.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR