Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Ölkə
28 İyun 2017 8:14

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 27-də axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Kamran Vaqif oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mingəçevir şəhər  sakini Natiq Həmid oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12