Venesuelada polis helikopteri Ali Məhkəmənin binasına hücum edib - FOTO
Dünya
28 İyun 2017 8:34

Venesuelada polis helikopteri Ali Məhkəmənin binasına hücum edib - FOTO


Venesuelanın paytaxtı Karakas şəhəri üzərində uçan polis helikopterinin pilotu əhalini hökumətə qarşı çıxış etməyə çağırıb, daha sonra isə Ali Məhkəmənin binasına hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Venesuelanın rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib.

"Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri qaçıraraq Ali Məhkəmənin binasına hücum edib", - deyə o qeyd edib.  
 
Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib.  
 
"Helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub", - deyə Maduro qeyd edib.    
 
Onun sözlərinə görə, helikopterdən  məhkəmə binasına iki əl qumbarası atılıb. Onlardan biri yalnız biri partlayıb: "İnsident nəticəsində yüzlərlə insan yaralana bilərdi".

Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR