Bütün dünya 30 il sonra şoka düşdü - FOTOLAR
Digər
28 İyun 2017 8:43

Bütün dünya 30 il sonra şoka düşdü - FOTOLAR


1986-cı il aprelin 26-sı Sovet İttifaqı və bütövlükdə dünyanın tarixində ən faciəli günlərdən biri idi. Həmin gün Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Stansiyanın ətrafındakı böyük ərazilər özgəninkiləşdirilmiş zonaya çevrildi.

Publika.az xəbər verir ki, yaxın vaxtlarda alimlər sözügedən zona ilə bağlı bir layihəni həyata keçirməyə başlayıblar.

Layihənin hədəfi tərk edilmiş ərazinin faunası haqqında məlumatlar toplamaq idi. Nəticədə məlum olur ki, insanların mövcudluğu heyvanlar aləminə radiasiyadan daha çox təsir edir. Belə ki, Çernobıl zonasında faunanın bir əsrdən çox müşahidə edilməyən nümayəndələri aşkar edilib.

Bu ilin sonunda başa çatacaq layihənin aralıq nəticələrinə görə, özgəninkiləşdirilmiş zonada heyvanların miqdarı son 30 ildə dəfələrə artıb. Bu, iddia etməyə imkan verir ki, radiasiya faunaya insanın müdaxiləsi kimi təsir etmir.

Alimlər təzə yağan qardakı izlər üzrə heyvanları izləyirdilər. Həmçinin zonada ötən ilin noyabrında 42 kamera qurulub. Tədqiqat aydınlaşdırdı ki, Çernobıl meşələrində vəhşi qabanlar, canavarlar, cüyürlər və tülkülərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bundan başqa, burada nadir heyvanlar aşkarlanıb. Məsələn Avropa vaşaqı və boz ayı burada uzun müddət idi ki, görünmürdü.

İngiltərənin Portsmut şəhərinin universitetinin professoru Çim Smit iddia edir ki, qəza yeni qoruq yaradıb: “Biz radiasiyanın yaxşı olduğunu demirik. Amma insan təsirinin olmaması heyvanların sayının artmasına imkan verib.

Çernobıl zonasında hətta zubrlar və Prjevalski atlarının şəklini çəkmək mümkün olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08