At arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb
Ölkə
28 İyun 2017 8:44

At arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb


Sabirabadın Kürkəndi kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, rayonun Balakənd kənd sakini, 20 yaşlı Atlıxan Namiq oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən qarşısına at arabası çıxıb.

At arabasında qadın-uşaq olduğunu görən sürücü onları vurmamaq üçün yolunu dəyişmək istəyən zaman qarşıdan gələn "Qazel" markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ-2107"nin sürücüsü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR