Avropa çempionatında finalçılar bəlli oldu
İdman
28 İyun 2017 9:34

Avropa çempionatında finalçılar bəlli oldu


21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Polşada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsinin oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk yarımfinal görüşü İngiltərə və Almaniya arasında baş tutub.

4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Bu səbəbdən də finala vəsiqənin sahibi penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən almanlar 4:3 hesabı ilə üstün olublar və həlledici oyuna vəsiqə qazanıblar.
 
Digər yarımfinal görüşündə isə İspaniya və İtaliya yığmaları qarşılaşıb. Bu oyunda da qapılara 4 qol vurulub. Lakin 90 dəqiqənin tamamında ispanlar 3:1 hesabıyla qalib gəliblər və finala yüksəliblər.
 
Beləliklə, iyunun 30-da keçiriləcək həlledici qarşılaşmada İspaniya ilə Almaniya milliləri qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09