Almeyda Bakıya gəlməyəcək,  Bastos çətinliklə icazə aldı
İdman
28 İyun 2017 9:44

Almeyda Bakıya gəlməyəcək, Bastos çətinliklə icazə aldı


Avropla Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Differdanj" Bakıya gəlir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komanda bu gecə paytaxtımızda olacaq.

"Cırtdan ölkə" təmsilçisi ölkəmizə heyətdəki itkilərlə gəlib. Belə ki, ötən mövsümdən qalan qırmızı vərəqə cəzası olan Tom Sibanelera və zədəli Qonçalo Almeyda "Zirə" ilə matçda meydana çıxa bilməyəcək. Rəqib Pedro Ribeyronun xidmətindən də məhrumdur. Futbolçu hələ hazır vəziyyətdə deyil.
 
Maraqlıdır ki, "Differdanj"ın 3 futbolçusu - Yannik Bastos, Cofri Franzoni və Çadli Amiri Bakıya gələ bilmək üçün əsl iş yerlərindən çətinliklə icazə ala biliblər. Hətta Bastos oyun gününə qarşılıq şənbə günü işə çıxmağı da qəbul edib.
 
Qeyd edək ki, "Zirə" - "Differdanj" matçı iyunun 29-da saat 21:00-da start götürəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR