Ermənilər Ağdamda dinc sakinləri nişan aldılar - VİDEO
Ölkə
28 İyun 2017 10:04

Ermənilər Ağdamda dinc sakinləri nişan aldılar - VİDEO


Ermənistan silahlı qüvvələri yenə mülkü şəxsləri və obyektləri hədəf alıb. Onların açdıqları atəş nəticəsində yardımçı tikili və yüzlərlə ot bağlaması yanıb.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən cəbhəyanı kəndləri atəşə tutublar. Ağdamın Orta Qərvənd kəndi də atəşə məruz qalıb. Ermənistan ordusunun açdığı atəş nəticəsində kənd sakini Vilayət Həsənovun fərdi təsərrüfatına ciddi ziyan dəyib.

Kənd sakininə məxsus yardımçı tikili və tayada olan 480 ədəd ot bağlaması yanaraq kül olub. Təsərrüfat sahibi alovlar şiddətləndikdən sonra yanğından xəbər tutub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. İlkin hesablamalara görə, təsərrrüfat sahibinə 3 min manatdan artıq ziyan dəyib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ermənistan silahlı qüvvələri Ağdamda dinc sakinləri atəşə tutub

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR