500 min manatlıq dələduzluqda təqsirləndirilən menecer apellyasiya şikayəti verib
Ölkə
28 İyun 2017 10:06

500 min manatlıq dələduzluqda təqsirləndirilən menecer apellyasiya şikayəti verib


Bakı. 28 iyun. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Elxan İsrafilovun barəsində olan hökmdən apellyasiya şikayəti verib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiirləcək iclas iyunun 29-na təyin edilib.
İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.İsrafilov Bakıda fəaliyyət göstərən quşçuluq fabrikində menecer kimi fəaliyyət göstərib. O, ayrı-ayrı vaxtlarda tanışlarının etibarından su-istifadə edərək, iş qurmaq adı ilə onlara qarşı ümumilikdə 500 min manat məbləğində dələduzluq edib.
E.İsrafilov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsrafilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08