Ankarada gecə klubuna silahlı hücum: yaralılar var - VİDEO - FOTO
Dünya
28 İyun 2017 10:24

Ankarada gecə klubuna silahlı hücum: yaralılar var - VİDEO - FOTO


Ankarada bir gecə klubunda baş verən silahlı hücum nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə saat 04.30 radələrində Çankayada qeydə alınıb. Əldə edilən məlumatlara görə, hələ qeydiyyat nömrə nişanları təsbit ediləməyən 2 avtomobillə Kavaklıdere Məhəlləsində bir əyləncə məkanına gələn şəxslər klubdakı insanlara atəş açmağa başlayıblar. Aralarında Turan S. -nın (axtarışda olan məşhur cinayətkar) da olduğu 5 silahlının atəş açması nəticəsində İsmayıl A., Mustafa Y., İsmayıl Deniz D., Məsud K. və adı hələlik məlum olmayan bir nəfər yaralanıb. Daha sonra məkanı tərk edərək avtomobillərinə minən cinayətkarlar hadisə yerindən qaçaraq izlərini itirməyi bacarıblar.

Məkandan gələn silah və qışqırıq səslərini eşidən ətrafdakı vətəndaşlar hadisə barədə polisə xəbər veriblər. Qısa müddətdə xeyli sayda polis və təcili yardım qrupları hadisə yerinə gəliblər. Yaralılara hadisə yerindəcə ilk müdaxilə edilib. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb. Yaralılar hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımlarla Hacettepe Universiteti Xəstəxanası, İbni Sina Xəstəxanası və Nümunə Xəstəxanasına aparılaraq müalicəyə götürülüblər.

Polislər qaçan şəxslərin tutulması üçün axtarış tədbirlərinə başlayıblar. Gecə klubunda və küçə ətrafında xeyli sayda güllə gilizi tapılıb.

İstintaq davam edir.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ankarada gecə klubunda silahlı hücum: yaralılar var





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR