Ermənistanda universitet rektoru barəsində cinayət işi məhkəməyə göndərildi
Dünya
28 İyun 2017 10:44

Ermənistanda universitet rektoru barəsində cinayət işi məhkəməyə göndərildi


Ermənistanda özəl universitet rektoru barəsində cinayət işi məhkəməyə göndərilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ibtidai istintaq tərəfindən hazırlanmış ittihamnamədə bildirilir ki, Müqəddəs Tereza adına Tibb Universitetinin rektoru Larisa Ambartsumyan bəzi tələbələrin müqavilə olmadan universitetdə təhsil almasına şərait yaradıb.
 
Rektor dekanlardan tələbələrin dərslərdə iştirakı və imtahan vermələri barədə jurnallarda qeydiyyat aparmamalarını tələb edib. Buna baxmayaraq, o, həmin tələbələrin dövlət imtahanlarında iştirakına icazə verib və onlara dövlət nümunəli diplomlar verib.  
 
L.Ambartsumyan barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl bəzi özəl universitetlərdə qanunsuzluqlar baş verməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.
 
Araşdırmalar nəticəsində müəyyən olunub ki, özəl ali təhsil müəssisələri tərəfindən ümumilikdə 20 nəfərə saxta diplom verilib.
 
Saxta diplom verilənlərdən 2-si Ermənistan, 1-i İran, 8-i ABŞ, 2-si Rusiya, 1 Özbəkistan, 1-i İsrail, 5- i isə Gürcüstan vətəndaşıdır.  
 
Ümumilikdə üç cinayət işi başlanılıb. İki iş üzrə rektorlar təqsirli bilinərək, onların barəsində cərimə cəzası tətbiq olunub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08