Azərbaycandan Çexiyaya donuz taunu keçib?
Ölkə
28 İyun 2017 11:14

Azərbaycandan Çexiyaya donuz taunu keçib?


Çexiya ərazisində donuzlarda Afrika taunu aşkar edilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı Çexiya Dövlət Baytarlıq İdarəsi və Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq edib. Bu, həm fərdi təsərrüfatlarda saxlanılan, həm də vəhşi heyvanlar üçün ciddi təhlükə törədir. Problem ondadır ki, bu infeksiya ilə mübarizə aparmaq üçün hələ ki, vaksinlər mövcud deyil və virusa yoluxan heyvanlar həlak olurlar.

Məlumatda o da bildirilir ki, bu virus insan üçün təhlükəli deyil. Çünki donuzlar arasında yayılan Afrika taunu sağlamlıq üçün heç bir təhlükə yaratmır. Amma bununla belə yoluxmuş donuzlar məhv ediləcək.

Donuzlar arasında yayılan Afrika taunu ilk dəfədir ki, Çexiya ərazisində qeydə alınıb. Bu problemlə uzun zaman Polşa və Litvada da fermerlər mübarizə aparıblar. Amma çex mütəxəssislər taunun yayılmasının yüksək ehtimalı haqqında əvvəlcədən xəbərdarlıq ediblər. Güman edilir ki, Polşaya və Litvaya taun Azərbaycandan keçib.

Mənbənin yazdığına görə, əgər vəziyyət pisləşərsə, Çexiya daha təhlükəsiz ölkələrdən donuz ətini ala bilər. Səhiyyə Nazirliyi və Baytarlıq İdarəsinin təcili mətbuat konfransı keçirərək vəziyyətlə bağlı şərh verəcəkləri gözlənilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08