ŞOK iddia: Şahzadə Uilyam FİFA-ya rüşvət təklif edib
İdman
28 İyun 2017 11:18

ŞOK iddia: Şahzadə Uilyam FİFA-ya rüşvət təklif edib


Şahzadə Uilyam və Böyük Britaniyanın sabiq baş naziri Devid Kameron İngiltərə və Cənubi Koreya arasında futbol üzrə dünya çempionatlarının keçiriləcəyi ev seçimində fırıldaqçılığa yol verib.

Bu iddia ilə FİFA-nın İstintaq Palatasının keçmiş rəhbəri Maykl Qarsiya çıxış edib.

O, hazırladığı hesabatda göstərib ki, İngiltərə və Cənubi Koreya 2018 və 2022-ci ildə keçiriləcək dünya çempionatlarına ev sahibliyi etmək üçün əvvəlcədən danışıqlar aparıblar. Bundan əlavə şahzadə Uilyam və sabiq baş nazir Devid Kameron FİFA-nın vitse prezidenti Con Moncunla Sürixdəki hotellərin birində gizli görüş keçiriblər. Görüş zamanı Con Moncundan səsvermə zamanı İngiltərənin lehinə səs verməsi istənilib.

Qeyd edək ki, İngiltərə və Cənubi Koreyanın cəhdlərinə baxmayaraq FİFA 2018-ci ildə Rusiyaya, 2022-ci ildə isə Qətərə dünya çempionatına ev sahiblik etmək imkanı tanıyıb. (xezerxeber.az)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09