Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib
Ölkə
28 İyun 2017 11:21

Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib


Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Elnur İsmayılov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas iyunun 29-na təyin edilib.
İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə ötən il aprelin 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Şabran rayon sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov qəsəbədə yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra E.İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə E.İsmayılovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09