Məşhur modelyer qızına toy etdi - FOTO
Maraqlı
28 İyun 2017 11:24

Məşhur modelyer qızına toy etdi - FOTO


Dünyanın ən məşhur modelyerlərindən biri, "Tommy Hilfiger" brendinin banisi və sahibi Tommi Hilfiqer qızı Alliyə toy edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 66 yaşlı milyarder amerikalı modelyerin 32 yaşlı qızı Alli 6 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı Stiv Heşlə münasibətlərini qanuniləşdirib.

Toy Karib hövzəsindəki Mistiq adasında olub.

Allinin toyda geyindiyi gəlinlik paltarının müəllifi özüdür. Daha doğrusu, bu paltarı Alli atası ilə birlikdə hazırlamışdı.

Alli Hilfiqerlə Stiv Heşin 6 yaşlı Harli adlı oğulları da var.

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR