Tər qoxusundan xilas olmaq ÜSULLARI
Qadın dünyası
28 İyun 2017 11:32

Tər qoxusundan xilas olmaq ÜSULLARI


Havalar isindikcə tər, ayaqqabı qoxusu problemə çevrilir.

Metbuat.az xəbər verir ki, bu üsulları tətbiq etməklə qorxulu yuxunuza çevrilmiş bu tipli bir çox problemdən xilas ola bilərsiniz.

Çantadan mürəkkəb ləkəsi necə çıxar?

Pambığı sirkəyə batırıb ləkəni silin. Bu üsulla çantanın keyfiyyətini və orginallığını da yoxlaya bilərsiniz. Pambıqda rəng olmasa, çanta orginaldır.

Ayaqqabı qoxusu necə keçər?

Ayaqqabının içərisindəki nəmi almaq üçün içərisinə qadın pedi yerləşdirin. Nəm 2 saata quruyacaq.

Tər ləkəsindən xilas olmağın yolu

Qoltuqaltınıza antipresperant əvəzinə diş məcunu sürtsəniz, həm ləkələrdən, həm də tər qoxusundan xilas ola bilərsiniz. Bu üsulu ancaq açıq rəngli geyimlərdə tətbiq edə bilərsiniz.

Paltarlarınızdakı mürəkkəb ləkəsi necə çıxar?

Geyimlərinizdəki mürəkkəb ləkəsini əl antiseptiyi ilə təmizləyə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

(Geyimlərdəki tər ləkəsini belə təmizləyin)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR