Qonşular şikayətləndi, evi kiçiltdilər - FOTO
Maraqlı
28 İyun 2017 11:44

Qonşular şikayətləndi, evi kiçiltdilər - FOTO


İngiltərədə ev alanlar sahibləndikləri daşınmaz əmlakı yeniləmək, təmir etmək və ya daha hündür etmək, mərtəbələrin sayını artırmaq fikrinə düşəndə mütləq qonşuların mövqelərini nəzərə almalıdır.

Qonşular və ya sadəcə, bir qonşu razılıq verməzsə, belə işləri aparmaq mümkün deyil.

Qanun belə deyir.

İngiltərənin Suonsi qraflığındakı Treboet şəhərində 250 min funt-sterlinqə ev alan şəxs onu tam dəyişmiş, 5 otaqlı, ikimərtəbəli binaya çevirmişdi.

Milli.Az The Guardian-a istinadən bildirir ki, qonşular buna narazıldıq ediblər. Çünki yenilənmiş bina ətrafdakı evlərdən hündürdü və landşaft dizaynını pozurdu.

Qonşular şəhər Şurasına şikayətləniblər. Şura da binanın hündürlüyünün azaldılmasına qərar verib.

İkimərtəbəli, beş otaqlı bina indi 2 otaqlı, bir mərtəbəli, bunqaloya bənzər tikiliyə çevrilib.

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08