Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi - VİDEO - FOTO
Ölkə
28 İyun 2017 12:14

Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi - VİDEO - FOTO


Hazırda Bakı-Şamaxı yolunda sürüşmənin aktiv olduğu bölgə 106-107-ci kilometrlik hesab olunur.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, adıkeçən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir.

İntensiv yağan yağış, tektonik hərəkətlər sürüşməni daha da intensivləşdirir. Uçquna məruz qalan yolun həm də ensiz olması problem yaradır. Yollardakı çalalar nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Sürücü: "Ağsudan gəlirəm. Asfalt vurulsa da, indiki kimi sürüşmə gedir. Tanımayan sürücülər üçün təhlükə yaradır".

Sürücü: "Bu yollara 50 ildən artıqdır ki, bələdəm. 2-3 il əvvəl lap pis vəziyyətdə idi. Burada traktor gedərdi. İndi isə bu yollar düzəlib. Lakin bu ərazilər və bundan başqa bir neçə ərazidə yol aşınmaları tez-tez baş verir".

Yolun 106 km-liyində isə daha çox qəzalı vəziyyət yaşanır. Azəravtoyoldan verilən məlumata görə, Bakı-Şamaxı magistralının 13-cü və 91-ci kilometrləri arasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu ərazidə 2 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəz olunub.

Azəravtoyol rəsmisi yaxın vaxtlarda magistralın 91-ci kilometrliyindən 107-ci kilometrliyinə qədər olan hissəsindəki problemin də aradan qaldırılacağını əmin edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05