Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ
Digər
28 İyun 2017 12:22

Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-23° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %,  gündüz  55-65 %  təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  19-24° isti olacağı gözlənilir. 

 

Departament xəbərdarlıq edir ki, iyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR