Aygün Kazımova: Həyatımın konsertinə hazırlaşıram
Mədəniyyət
28 İyun 2017 12:27

Aygün Kazımova: Həyatımın konsertinə hazırlaşıram


Bakı. Trend:

Bu il xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Bu münasibətlə diva sentyabr ayının 22-si Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, konsert layihəsi üzərində çalışmaq üçün dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.

Şou biznesin divası A.Kazımova beynəlxalq layihəsi ilə bağlı bildirib:

"Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq konsertimin biletləri satışa çıxacaq. Onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyib. Bu, ilk dəfə mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzu edərəm".

Yaxın günlərdə A.Kazımova mətbuat konfransı keçirəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05