"Real"ın prezidenti: "Mbappeni transfer etsək..."
İdman
28 İyun 2017 12:34

"Real"ın prezidenti: "Mbappeni transfer etsək..."


Mbappe gənc, eyni zamanda əla futbolçudur.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər Madrid "Real"ının prezidenti Florentino Peresə məxsusdur.

"Kral klubu"nun rəhbəri "Marca" nəşrinə açıqlama verib. O, "Monako"nun hücumçusu Kilian Mbappenin "qalaktikos"a keçmək ehtimalını dəyərləndirib.
 
Peres 18 yaşlı hücumçunu bəyəndiyini desə də, "Real"ın onu bu yay transfer etmək istədiyini təsdiqləməyib: "Mbappe kimi oyunçular xoşuma gəlir. Amma meydana cəmi 11 futbolçu çıxır. Bu vaxta qədər "Real"da özünə əsas heyətdə yer tapa bilməyən bir çox ulduz çıxış edib. Bəli, illərdi ki, Mbappeni diqqətdə saxlayırıq. Lakin onu indi transfer etsək, "Real"dan kimi göndərəcəyik?"
 
Qeyd edək ki, "Monako"nun yetirməsi sayılan Kilian Mbappe bu ildən Fransa yığmasına da çağırılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12