Bakıda 8 gün əvvəl qəzada yaralanan piyada xəstəxanada ölüb
Ölkə
28 İyun 2017 12:36

Bakıda 8 gün əvvəl qəzada yaralanan piyada xəstəxanada ölüb


Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda 8 gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış piyada dünyasını dəyişib.
DİN-dən "Report"a verilən məlumata görə, iyunun 23-də Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Kamal Əliyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən paytaxt sakini Hacımurad Əliyarovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada iyunun 27-də orada ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12