Bakıda bağ evinə hücum: evi yandırıb, gözətçini yaraladılar
Digər
28 İyun 2017 12:37

Bakıda bağ evinə hücum: evi yandırıb, gözətçini yaraladılar


İyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək, evi yandırıblar. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, İ. Vasin xəstəxanaya yerləşdirilib.

 

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12