Hacıqabulda ağır yol qəzası - 2 nəfər ölüb
Ölkə
28 İyun 2017 12:42

Hacıqabulda ağır yol qəzası - 2 nəfər ölüb


Bakı. Trend:

Daxil İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məliumata görə, iyunun 27-də saat 15 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Tovuz rayon sakini Orxan Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü və sərnişinlərindən həmyerlisi Elgün Abbasov hadisə yerində ölüblər, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08