Ağstafada avtomobil 53 yaşlı piyadanı vuraraq öldürüb
Ölkə
28 İyun 2017 12:46

Ağstafada avtomobil 53 yaşlı piyadanı vuraraq öldürüb


Ağstafa. 28 iyun. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, rayonun Vurğun qəsəbəsinin sakini, 1964-cü il təvəllüdlü Namiq Həbib oğlu Yüsibov yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan piyada Ağstafa Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Bürclər – 27 İYUL

Bürclər – 27 İYUL

27 İyul 2017 00:12
Dieqo Koşta "Milan"a doğru

Dieqo Koşta "Milan"a doğru

27 İyul 2017 11:24