“SOCAR Turkey” şirkətinə xarici əlaqələr üzrə rəhbər təyin edilib
İqtisadiyyat
28 İyun 2017 12:56

“SOCAR Turkey” şirkətinə xarici əlaqələr üzrə rəhbər təyin edilib


Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Turkey Enerji A. Ş.”yə xarici əlaqələr üzrə rəhbər təyin olunub.
“Report” xəbər verir ki, Murad LeCompte “SOCAR Turkey Enerji A. Ş.” və ona bağlı şirkətlərin korporativ əlaqələr, medya əlaqələri, sosial məsuliyyət layihələri, müəssisədaxili əlaqələr və böhran idarəçiliyi məsələlərindən məsul olacaq.
Şirkətdən qeyd edilib ki, Türkiyədəki sərmayələrini qərarlılıqla davam etdirən “SOCAR Turkey” heyətini peşəkar şəxslərlə gücləndirməyə davam edir: “2020-ci ilə qədər neft emalı, neft-kimya, enerji, logistika, paylama və saxlama inteqrasiyasını tamamlayaraq bu sahədə Türkiyənin ən böyük istehsalat şirkəti olmağı hədəfləyən “SOCAR Turkey”in xarici əlaqələr üzrə rəhbəri vəzifəsini sektorun təcrübəli şəxslərindən biri olan Murad LeCompte həyata keçirəcək. Enerji və texnologiya sənayesində 27 ildən çox təcrübəsi olan M. LeCompte 1964-cü ildə İstanbulda doğulub. O, TED Ankara Kollecindən sonra Boğaziçi Universitetində turizm idarəçiliyi üzrə təhsil alıb, daha sonra Hyuston Universitetində idarəçilik üzrə təhsilini davam etdirib. Onun İnformasiya Texnologiyaları sahəsində 16 ildən çox təcrübəsi var. “Intel Corporation’” şirklətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. M.LeCompte 2006-2017-ci illərdə “BP Turkey”də əlaqələr və xarici əlaqələr üzrə rəhbər, sonra isə korporativ əlaqələr direktoru vəzifələrində çalışıb”.
O, bu aydan etibarən yeni vəzifəsinin icrasına başlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR