1 sutkada eyni yerdə 3 nəfər boğuldu - VİDEO - FOTO
Dünya
28 İyun 2017 13:04

1 sutkada eyni yerdə 3 nəfər boğuldu - VİDEO - FOTO


Adanada Seyhan çayı kənarına gələn iki qardaş - Emrettin (45) və Nihat Okur (42) sərinlənmək üçün girdikləri çayda boğulublar.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, eyni yerdə dünən 15 yaşında bir uşaq da boğulmuşdu.

Okur qardaşlarının qışqırıqları sonrası sevgilisi ilə gəzməyə gələn Mehmet Ali Döver dərhal suya atılıb. Qardaşları qurtarmaq istəyən gənc özü də boğulmaq təhlükəsi ilə qarşılaşıb.İki qardaş bir müddət sonra suda itiblər.

Köməyə tələsən Mehmet Ali Döver xəstəxanaya çatdırılıb. 

Polis və sağlamlıq qrupları də hadisə yerinə gəlib. Dalğıcların axtarışı nəticəsində qardaşların cansız bədənləri sudan çıxarılıb.

Qeyd edək ki, Seyhan çayında eyni yerdə eyni saatda dünən İraq türkməni 15 yaşlı Enver Kaplan da boğulmuşdu. 

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

24 saatda eyni yerdə 3 nəfər boğuldu



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Bürclər – 27 İYUL

Bürclər – 27 İYUL

27 İyul 2017 00:12
Dieqo Koşta "Milan"a doğru

Dieqo Koşta "Milan"a doğru

27 İyul 2017 11:24