Dünyada super zənginlərin sayı və sərvəti artıb
İqtisadiyyat
28 İyun 2017 13:11

Dünyada super zənginlərin sayı və sərvəti artıb


Bakı. 28 iyun. REPORT.AZ/ 2016-cı ildə sərvəti 30 mln. dolları keçənlərin sayı 3,5% artaraq 226 450 nəfərə çatıb. Bu şəxslərin idarə etdiyi cəmi sərvət isə 1,5% artaraq 27 trln. dolları keçib. Bununla yanaşı, həmin şəxslər arasında adam başına düşən sərvət 2013-cü ildən indiyədək ilk dəfə azalaraq 120 mln. dollara enib.
"Report" bu barədə ABŞ mərkəzli araşdırma mərkəzi "Wealth-X"in yaydığı hesabata əsasən xəbər verir.
Türkiyədəki super zənginlərin sayı da 0,8% azalaraq 1 190 nəfər və bu şəxslərin sərvəti 2,2% azalaraq 150 mlrd. dollar təşkil edib. Türkiyə bu göstəricilərlə dünyada ən çox zənginə sahib ölkələrın sıralanmasında 27-ci yeri tutub. Türkiyənin super zəngin sayı 2013-cü ildə 900, 2014-cü ildə 915 nəfər olub. Bu şəxslərin sərvəti isə 2013-cü ildə 105 mlrd., 2014-cü ildə 120 mlrd. dollar hesablanıb.
Qeyd edək ki, super zənginlərin sayına görə ilk üçlükdə ABŞ, Yaponiya və Çin sıralanıb. Rusiya 3 780 nəfərlə 13-cü, İran isə 950 nəfərlə siyahıda 30-cu yeri tutub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09