Qadınların qocalmadığı ailə: ana qızından, nənə nəvəsindən cavan görünür - FOTO
Maraqlı
28 İyun 2017 13:34

Qadınların qocalmadığı ailə: ana qızından, nənə nəvəsindən cavan görünür - FOTO


Tayvandakı bu ailə dünyanın ən unikal ailəsi sayıla bilər. Nədən ki, bu ailədə nənə nəvədən, ana qızından cavan görünür.

41 yaşlı Lure Suyun fotoları sosial şəbəkələrdə yayılanda milyonlarla insan heyrətlənmişdi.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, səbəb Lurenin yaşına rəğmən, həddən ziyadə gənc görünməsi idi.

İndisə bəlli olub ki, sən demə, Lurenin cavanlıq və gözəllik sirri genetik səbəblərlə bağlıdır.

Onun 63 yaşlı anası Mey Syu, sanki, 20-25 yaşlı qızdır.

Lurenin iki bacısı - 40 yaşlı Feyfey və 36 yaşlı Şeron da yaşlarından xeyli cavan görünürlər.

"Anamın 63 yaşı var. Amma çox olub ki, onu 30 yaşlı qadın sayıblar. Hətta 30-35 yaşlı kişilər anama eşq də elan ediblər", - Lure gülərək söyləyib.

Şeron Syu Tayvanda məşhur modeldir. Feyfey Syunun iki övladı var.

Üç bacının anası Mey vaxtilə rəqqasə olub, indi də rəqs müəllimidir.

Mey Syunun dediyinə görə, onun 74 yaşlı əri Şuan da yaşından cavan görünür: "Amma ərim utancaqdır. Bizdən fərqli olaraq, fotolarının sosial şəbəkələrdə yayılmasını istəmir".

Milli.Az





















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05