Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxs kassasiya şikayəti verib
Ölkə
28 İyun 2017 13:46

Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxs kassasiya şikayəti verib


Bakı. 28 iyun. REPORT.AZ/ Qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas iyunun 29-na təyin edilib.
İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, qətl hadisəsi 2016-cı ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimov olduğu bəlli olub. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
F.Qədimov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə,xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə E.İsmayılovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09