"Bavariya"nın hücumçusu keçmiş sevgilisinə görə saxlanıldı
Dünya
28 İyun 2017 14:04

"Bavariya"nın hücumçusu keçmiş sevgilisinə görə saxlanıldı


"Bavariya"nın hücumçusu Kinqsli Koman polis tərəfindən saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Koman icazəsiz onun "Instagram" hesabına daxil olmaq istəyən 21 yaşlı keçmiş sevgilisini döyüb. Qız polisə şikayət edib.

Bir neçə saat polis bölməsində saxlanılan hücumçu günahını etiraf etdikdən sonra sərbəst buraxılıb.
 
İş üzrə məhkəmə sentyabrda olacaq.
 
Qeyd edək ki, Koman 2015-ci ildən "Bavariya"da çıxış edir. 2017-ci ildə o münxenlilərlə müqaviləni yeniləyib. Komanda ilə birgə o Almaniyanın 2 qat çempionu olub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08