İsrailli politoloq Dağlıq Qarabağda
Ölkə
28 İyun 2017 14:04

İsrailli politoloq Dağlıq Qarabağda


İsrailli politoloq Aviqdor Eskin Dağlıq Qarabağa səfər edərək, separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Aviqdor Eskin işğal altında olan Azərbaycan torpaqlarında çıxış edərək bildirib: "Mən bura yalnız ona görə gəlməmişəm ki, nəsə danışım, həm də gəlmişəm ki, öyrənim. Bəşəriyyətə xeyli məşhur şəxslər bəxş etmiş erməni xalqı diqqətə və hörmətə layiqdir, onun təcrübəsi bütün insanlar tərəfindən dərk edilməlidir".

Məlumata görə, Aviqdor Eskin, həmçinin "DQR" parlamentini ziyarət edib və burada Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Dağlıq Qarabağa icazəsiz səfər edən əcnəbi vətəndaşlar Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilir və sonradan onlara ölkəmizə giriş yasaqlanır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09