MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir
Ölkə
28 İyun 2017 14:16

MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir


Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son on gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə münasibət bildirib. 
Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, Ermənistan müdafiə nazirinin bu sözləri acı istehza ilə qarşılanır: "Bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil. Azərbaycana ağır zərbə vurulması üçün buna Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan vermir. Azərbaycan əsgəri və ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, V.Sarkisyan Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, daha səmimi görünərdi".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Bürclər – 27 İYUL

Bürclər – 27 İYUL

27 İyul 2017 00:12
Dieqo Koşta "Milan"a doğru

Dieqo Koşta "Milan"a doğru

27 İyul 2017 11:24