Tikiş fabrikində partlayış - 9 ölü, 50 yaralı
Digər
4 İyul 2017 1:37

Tikiş fabrikində partlayış - 9 ölü, 50 yaralı


Banqladeşin Qazipur dairəsində tikiş fabrikində güclü partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 9 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

Məlumata əsasən, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb. “Multifabs Ltd” şirkətinə məxsus fabrikin binası qismən uçub.  Ölənlərin sayının artması istisna deyil. Hadisə yerində xilasedici əməliyyat davam edir.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR