Instagram-da yeni filtr işə salındı
Texnologiya
4 İyul 2017 8:14

Instagram-da yeni filtr işə salındı


"Instagram" sosial şəbəkəsində istifadəyə verilmiş filtr dərcləri və birbaşa yayımda yazılmış şərhlərdəki spamı bloklayacaq. Bu haqda sosial şəbəkənin mətbuat xidməti  məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, filtr rus dili daxil olmaqla 9 dili dəstəkləyir. "Instagram" nümayəndələrinin sözlərinə görə, yeni funksiya platformada təhlükəsiz və pozitiv atmosferi qoruyub saxlamağa imkan verəcək. Filtr kompüter təlimi texnologiyası sayəsində spamı müəyyənləşdirəcək.

Bundan başqa, "Instagram" artıq başqa filtr də elan edib. Bu filtr təhqiredici şərhlərin qarşısını almağa imkan verəcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR