"Everton" La Liqadan oyunçu aldı
İdman
4 İyul 2017 9:34

"Everton" La Liqadan oyunçu aldı


"Everton" "Malaqa"dan hücumçu Sandro Ramiresi transfer edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı açıqlama yayıb.

Bildirilib ki, 21 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə imzalanıb. Bunun üçün "Malaqa"ya 5,2 milyon sterlinq ödənilib.
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Sandro ötən mövsüm transfer olunduğu "Malaqa"da 31 oyuna 16 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR