"Şahdəniz-2" üçün I platformanın üst tikililəri quraşdırılıb
İqtisadiyyat
4 İyul 2017 14:31

"Şahdəniz-2" üçün I platformanın üst tikililəri quraşdırılıb


Bakı. 4 iyul. REPORT.AZ/ “Şahdəniz-2” layihəsi üçün inşa olunmuş yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst tikililərinin "STB-1" barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-si saat 18:00-da bu qurğu öz daimi yerinə çatıb.
“Report”a layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, iyulun 3-də səhər isə onun artıq həmin yerdə quraşdırılaraq üzt tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanıb. 
"STB-1" barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət edib, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulub. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürüb. Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülüb və sazlama-montaj işlərinə hazırlıq başlanıb”, - deyə məlumatda qeyd olunub.
BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond bildirib ki, “Shahdəniz-2”-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub: “Hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm”.





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08