ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik artımdan sonra ilk dəfə azalıb
İqtisadiyyat
4 İyul 2017 19:26

ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik artımdan sonra ilk dəfə azalıb


Bakı. 4 iyul. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyunun 24-dən 30-dək 1 ədəd və ya 0,1% azaaraq 940-a enib.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,26% azalaraq 756 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,55% artaraq 184 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Qeyd edək ki, aktiv neft quyuları son 23 həftə ərzində ardıcıl olaraq artım göstərdikdən sonra ilk dəfə azalıb. Buna səbəb neft qiymətlərinin aşağı düşməsi amili göstərilir. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 415 və yaxud 121,7%, qaz quyularının sayı isə 93 ədəd və ya 106,7%, ümumilikdə isə neft-qaz quyularının sayı 509 ədəd və yaxud 118,1% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,39 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayının artmasında səngiməyə gətirib çıxaracaq. Qiymətin 55 dollar/barelə yaxınlaşması isə neft quyularının aktivləşməsinə səbəb olur".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08