FHN 3 nəfəri suda boğulmaqdan xilas etdi
Digər
5 İyul 2017 16:52

FHN 3 nəfəri suda boğulmaqdan xilas etdi


 

Fövqəladə Hallar nazirliyinin əməkdaşları 3 nəfəri suda boğulmaqdan xilas ediblər. 

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Neftçala şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bənzər hadisə Şirvanda da qeydə alınıb. Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs Xidmətin xilasediciləri tərəfindən xilas edilib. 

 

Həmçinin Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs də xilas olunub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08