Türkiyənin cavabı gecikmədi: Gəldiyi kimi də geri qayıdacaq
Dünya
6 İyul 2017 16:53

Türkiyənin cavabı gecikmədi: Gəldiyi kimi də geri qayıdacaq


Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi haqqında müzakirələri təxirə salıb. Türkiyə rəhbərliyinin isə bu məsələyə cavabı gecikməyib.

Publika.az xəbər verir ki, qərara ilk reaksiya Avropa İttifaqı naziri Ömər Çelikdən gəlib. O bildirib ki, Türkiyə bu hesabatı əsla qəbul etməyəcək:

“Təəssüf ki, bu qərar obyektiv deyil, siyasi xarakter daşıyır. Bu sadəcə Aİ Komissiyasının yayımladığı hesabatın Avropa Parlamenti tərəfindən dəyərləndirilməsidir.”

Ö.Çelik qərarın sənədlərinin gəldiyi kimi geri qaytarılacağını deyib. Nazir bildirib ki, AP-nin Türkiyədən tələbi rəhbərliyin türk xalqının iradəsinə laqeyd yanaşmasıdır. Bu qərar Parlamentin antidemokratik mövqeyini ortaya qoyur.

Türkiyənin xarici işlər naziri də Avropa Parlamentində qəbul edilən qərarla bağlı sərt açıqlama yayıb:

“Subyektiv iddialara və günahlandırılmaya əsaslanan bu qərar Avropa Parlamentinin etibarını zəiflədir. Ona görə də bu hesabat Türkiyə rəhbərliyi üçün yox səviyyəsindədir”.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14
Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03