Bu evin divarlarında ilanlar yaşayır - "Gecə 12-də evə girir, qorxudan yata bilmirik" - FOTO
Ölkə
7 İyul 2017 19:14

Bu evin divarlarında ilanlar yaşayır - "Gecə 12-də evə girir, qorxudan yata bilmirik" - FOTO


Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, İmişli rayonunun Qaragüvəndikli kəndində Babayevlər ailəsinin yaşadığı evə ilanlar soxulub.

Rasim Babayev - ev sakini: "Bu ev ilanla doludur, ilan bu evdən əl çəkmir. 2009-cu ildən bəri mən bu evdə ilan öldürürəm. İlanın əlindən yata bilmirik".

Əsasən, gecə saatlarında peyda olan ilanların sancma ehtimalının olması evdə yaşayanları qorxu içərisində saxlayır. 

Vəfa Babayeva - ev sakini: "Əsas gecə 12 radələrində evə daxil olur, yata bilmirik".
Xanış Babayev - ev sakini: "Gecə qorxuruq, yata bilmirik. Evin divarlarının deşiklərindən qəfil çıxır. Bir dəfə gülün içindən çıxmışdı".

Ev sakinləri bildirirlər ki, ilanların məhv edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən dərmanlama işləri aparılsa da, hələ ki, müsbət nəticə verməyib. Evə soxulan ilanlar tikilinin torpaqdan olan divarlarında yaşayır.  

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08